PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” mövzulu 12-ci AMFA Konfransında iştirak edib.
Azərbaycanda mikromaliyyə sektorunun 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Konfransda maliyyə inklüzivliyi, maliyyələşməyə çıxış imkanları, sektorun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən PAŞA Bankın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyələşməyə çıxışında əhəmiyyətini vurğulayıb.




