16/02/2021

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, Sədərək şöbəsinə müraciət edən müştərilər artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən yerində bunu həyata keçirə biləcəklər.

Gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olan müştərilər, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Müştərilər PAŞA Bank-ın PAŞA Biznes mobil tətbiqi və ya Onlayn Bank platforması vasitəsilə Banka gəlmədən, vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatları həyata keçirə bilərlər.

Qanunvericiliyə əsasən “Asan İmza” fiziki imzaya bərabərdir və bu səbəbdən istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Xidmətdən yararlanmaq üçün müştərinin aktiv “Bakcell” və ya “Nar” mobil nömrəsinin olması zəruridir. “Azercell” abunəçiləri “Asan İmza”nı yalnız bu operatorun “Asan İmza” SİM kartı ilə aktivləşdirə bilərlər.

Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı PAŞA Bankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).