MasterCard-dan yeni kampaniya

6 İyul 2015

MasterCard plastik kart sahibləri üçün yeni kampaniya elan edir. Azərbaycandan Türkiyəyə gedən turistlər öz МasterСard kartları ilə Beymen lüks mağazalarından xüsusi təkliflər əldə edə bilərlər (alış-veriş üçün xüsusi kod: 2010141686641).

• 15% endirim və vergisiz alış-veriş
• Nişantaşı, İstinyePark və "Zorlu Center" mağazalarında məxsusi alış-veriş və stil sınağı
• Sizin qaldığınız oteldə seçiminizə uyğun məxsusi alış-veriş xidməti
Yeni kampaniya 31 avqust 2015-ci ilədək davam edəcək.

6 İyul 2015