PAŞA Bankın binasının texniki hissəsindəki yanğın uğurla lokallaşdırılmışdır

30 Yanvar 2015

PAŞA Bankın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş vermişdir. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırmışdır.

PAŞA Bankın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayevin sözlərinə görə, hazırda yanğına səbəbiyyət verən bütün detallar araşdırılır. "Yanğın Bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir etmişdir. Yanğın Bankın əməliyyatlarının normal rejimdə həyata keçirilirməsinə hər hansı bir təsir göstərməmişdir", F. Paşayev bildirib.

30 Yanvar 2015