Bakı şəhərində insan resursları məsələlərinə həsr olunmuş "Baku HR Experience-2" illik beynəlxalq tədbiri keçirilmişdir. Konfransa tədbirin “Ən yaxşı işəgötürəni” qismində Azərbaycanın iri banklarından biri olan PAŞA Bank sponsorluq etmişdir.
Bu il nümayəndə və iştirakçıların əsas diqqəti kadr potensialının inkişafı, şirkətlərin aparıcı işəgötürənlərə çevrilməsi və s. kimi məsələlərin müzakirəsinə yönəlmişdir. Tədbir proqramına Facebook, HP, British Petroleum, Dell, və digər beynəlxalq korporasiyaların mövcud və keçmiş nümayəndələrinin çıxışları daxil edilmişdir. Belə ki, onlar qeyd olunan sahədəki təcrübələrini, yeni nailiyyətlərini və aktual problemlərə baxışlarını yerli mütəxəssislərlə paylaşmışlar.
Bundan əlavə, konfrans çərçivəsində insan resursları sahəsində nailiyyətlərə görə mükafatların növbəti təqdimatı olmuşdur . Mükafatlar Azərbaycan bazarında ən yaxşı HR (insan resursları ) – mütəxəssislərinə və komandalarına verilmişdir.
PAŞA Bank "Baku HR Experience-2" tədbirinə sponsorluq etmişdir
10 Noyabr 2014
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026