Aprelin 4-5-də paytaxtın "Four Seasons" hotelində Azərbaycanda ilk dəfə olaraq qlobal marketinq konfransı - "The Marketing Kingdom Baku" keçirilib. Bu tədbirin QIZIL Sponsoru qismində ölkənin ən aparıcı banklarından olan PAŞA Bank çıxış etmişdir.
Dünya marketinq sənayesində, o cümlədən sosial media, istehlakçı və rəqəmsal marketinq, həmçinin reklam sahəsindəki ən son meyillərə həsr olunmuş konfransa "Microsoft", "Novartis", "LEGO", "Yahoo!", "SAP", "Coca-Cola", "Henkel" kimi dünyanın nəhəng korporasiyalarının marketinq üzrə ən məşhur mütəxəssisləri toplaşmışdı.
2 gün davam edən tədbirin 250-dən çox iştirakçısı Londonda olimpiya oyunlarının keçirilmə təcrübəsi və onların marketinq mövqeləri, "Lego" brendinin müştəri və azarkeşləri ilə iş prinsipləri, "Henkel" beynəlxalq qrupunun timsalında istehlakçı marketinqi, eləcə də "Microsoft", "Yahoo!", "Coca-Cola", "SAP" kimi dünya nəhənglərinin uğur formulları ilə tanış olublar. Fasilələr zamanı tədbir iştirakçıları qeyri-formal şəraitdə dünya marketinq elitası ilə şəxsən görüşüb söhbətləşmək, onlara sual vermək, peşəkar məsləhətlər almaq şansı əldə etdilər.
Qeyd edək ki, "The Marketing Kingdom" Avropa ölkələrində keçirilən ən iri marketinq tədbiri hesab olunur. Bu konfranslar 2011-2012-ci illərdə Belqrad, Zaqreb, Sarayevo və Tbilisidə təşkil edilmişdi. Gələcəkdə isə sözügedən tədbirin Qazaxıstan və Rusiyada keçirilməsi planlaşdırılır.
Bakıda “The Marketing Kingdom Baku” konfransı keçirilib
4 Aprel 2013
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026