PAŞA Bankın sponsorluğu ilə yerli məktəb və uşaq evlərindən olan uşaqlar üçün bir sıra mədəni-maarif tədbirlər keçirilmişdir. Tədbirlər Azərbaycan dilinə tərcümə olunmuş, dostluq haqqında "Düymə" adlı uşaq kitabının müəllifi - italyan yazıçısı Radmila Qordiç və "Nəriman Film" şirkəti ilə birlikdə eyniadlı layihə çərçivəsində təşkil olunmuşdur.
Belə ki, may ayının sonuncu həftəsində bir neçə yerli məktəb və uşaq evlərində "Düymə" nağılının ədəbi qiraəti üzrə tədbirlər keçirilmiş, mayın 31-də isə "İçərişəhər" Tarixi-memarlıq qoruğunda rəsm üzrə ustad dərsləri, eləcə də, rəsm müsabiqələri təşkil olunmuşdur. Ustad-dərsləri kitab illüstrasiyalarının müəllifi, məşhur gürcü rəssamı Nino Peradzenin iştirakı ilə həyata keçirilmişdir. PAŞA Bankın dəstəyi ilə Azərbaycan dilində nəşr olunmuş "Düymə" nağılının tirajının bir hissəsi məktəb və uşaq evlərinin kitabxanalarına hədiyyə olunmuşdur.
PAŞA Bank uşaqlar üçün bir sıra tədbirlər həyata keçirdi
1 İyun 2014
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026