14 noyabr 2013-cü il tarixində PAŞA Bank Londonda "Azərbaycan neft-qaz sektoru xaricində" mövzusunda çox uğurlu seminar təşkil etdi. Məruzəçilərin çıxışları, tədbirə dəvət olunmuş mütəxəssislər qrupu arasında aparılan müzakirələr seminar iştirakçılarına Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorundakı inkişaf və imkanları nümayiş etdirərək ölkədəki investisiya mühitini daha yaxından öyrənmək imkanı verdi.
PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, AYİB-in Azərbaycandakı Rezident ofisinin rəhbəri Neil McKain, "Atropatena" şirkətinin İdarə Heyətinin Sədri Elşad Rəsulov, "Golden Pay" şirkətinin Təsisçisi və Baş İcraçı Direktoru Fərid İsmayılzadə və "Asia House" Düşüncə Mərkəzinin Baş Direktoru Maykl Lorens seminarda təqdimatlarla çıxış etmişlər. Məruzəçilər Azərbaycanda qeyri neft sektorundakı imkanlar haqqında öz şəxsi və peşəkar fikirlərini auditoriya ilə bölüşdülər. Böyük Britaniya Parlamentinin üzvü və Birləşmiş Krallığın Baş Nazirinin Ticarət Nümayəndəsi Çarlz Hendri seminarı Azərbaycanın qeyri-neft sənaye sahələrinin yüksək inkişaf potensialı və Azərbaycanla Birləşmiş Krallıq arasındakı əməkdaşlıq barədə ürək sözləri ilə yekunlaşdırdı.
Seminarda Azərbaycan və onun biznes potensialı ilə maraqlanan amaliyyəçilər, investorlar, fərdi bankçılıq üzrə mütəxəssislər, hüquq şirkətləri və s. Avropa iş adamları, həmçinin aparıcı kütləvi-informasiya vasitələri iştirak etdi.
Azərbaycan neft-qaz sektoru xaricində
A Gateway to Azerbaijan
PAŞA Bank Londonda keçirilən “Azərbaycan neft-qaz sektoru xaricində” mövzusunda seminara ev sahibliyi edir
13 Noyabr 2013

Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026