Azərbaycanın ən iri banklarından biri, PAŞA Bank, 10-11 oktyabr tarixlərində Berlində keçirilmiş "Euromoney" konfransında iştirak etdi.
İxracın maliyyələşdirilməsi üzrə Almaniyanın "Euromoney Seminars "və "Trade Finance" konfransı artıq altı ildir ki, keçirilir. Bu illər ərzində tədbir ixracın maliyyələşdirilməsi bazarının iştirakçılarının, Almaniyanın aparıcı ixracatçılarının, hökumət təşkilatlarının nümayəndələrinin, maliyyəçilərin, sığorta sahəsindəki mütəxəssislərin və biznes-elitanın işgüzar görüşləri üçün bir aparıcı platformaya çevrilmişdir.
PAŞA Bankın Maliyyə İnstitutları Departamentinin Direktoru Vüqar Sadiqin sözlərinə görə: "Bankın bu tədbirdə iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrdə Almaniyanın iri şirkətlərinin iştirakının artması ilə bağlıdır. Digər tərəfdən, konfrans PAŞA Banka Avropa bankları, həmçinin alman ixracatçıları ilə yeni əlaqələr qurmaq imkanını verir".
PAŞA Bank “Euromoney” konfransında iştirak etdi
13 Oktyabr 2013
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026