Dekabrın 21-də "JW Marriott Absheron" otelində PAŞA Bankla "Norm" şirkəti arasında inşa olunmaqda olan Qızıldaş sement zavodu üçün Almaniyadan avadanlıqların idxalının maliyyələşdirilməsi barədə razılaşmanın rəsmi imzalanma mərasimi baş tutub.
İmzalanmış sənəd dünyanın aparıcı banklarından olan Commerzbank-a PAŞA Bank və Almaniyanın ixrac-sığorta agentliyi olan Euler Hermes-in qarantiyası altında 17 milyon Avro məbləğində Uzunmüddətli kreditin verilməsi barədə razılaşmanın bir hissədir.
PAŞA Bank-ın İdarə Heyətinin sədri Fərid Axundovun qeyd etdiyi kimi, sözügedən razılaşma ötən ilin fevral ayından etibarən quvvədə olan Almaniyanın Euler Hermez agentliyinin qarantiyası ilə PAŞA Bank və Commerzbank tərəfindən biznesin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində iri layihədir: "Şadıq ki, ölkənin qeyri-neft sektorunu təmsil edən iri layihələrdən birinə dəstək oluruq və NORM şirkətinə zavodu planlaşdırılan tarixdə uğurla istismara verilməsini arzu edirik" - deyə F. Axundov bildirmişdir.
Qeyd edək ki, Qızıldaş zavodu Qafqaz və Xəzər regionunda sement istehsalına görə ən iri müəssisə olacaq. Zavod üçün əsas texnoloji avadanlıqların təchizatçıları Hazemag, Pfeiffer, ClaudiusPeters, Siemens, Aumund və Haver&Boecker kimi aparıcı alman şirkətləridir.
PAŞA Bank uzunmüddətli maliyyələşdirmənin qarantı rolunda çıxış edib
20 Dekabr 2012
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026