Ötən həftə sonu ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (US-Educated Azerbaijani Alumni Association) tərəfindən hər il keçirilən ən yaxşı biznes-keys müsabiqəsi başa çatdı.
Ən yaxşı biznes-keys müsabiqəsi Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin komandalarının iştirak etdiyi tələbə yarışıdır. Müsabiqə çərçivələri daxilində, tələbələr onların qarşısında duran real biznes problemlərinin həll olunmasında ali təhsil müəssisələrində tədris prosesində əldə etdikləri bilikləri tətbiq edirlər. 2000-ci ildən etibarən keçirilən bu müsabiqə istedadlı gənclərə öz potensiallarını reallaşdırmaq, analitik bacarıqlarını inkişaf etdirmək və praktiki biliklər və təcrübələr əldə etmək imkanı verir. Tədbirin baş sponsoru kimi Azərbaycanın aparıcı banklarından biri olan - PASHA Bank çıxış etdi.
PASHA Bank ən yaxşı biznes-keys müsabiqəsinin baş sponsoru olaraq çıxış etdi
9 Dekabr 2012


Tədbirdə çıxış edən PASHA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun qeyd etdiyi kimi, ölkənin ən istedadlı tələbələrinin iştirak etdiyi bu cür yarışların keçirilməsini yalnız alqışlamaq olar. "Biz əminik ki, bu kimi təlimlər bugünkü fəal və uğur əldə etmiş gənclərə sabah nəinki sadəcə öz ixtisaslarında yüksək peşəkar mütəxəssis olmağa, həm də ölkəmizin sosial-iqtisadi inkişafında aparıcı qüvvə olmağa kömək edəcəkdir", - deyə F. Axundov bildirmişdir.
Qeyd edək ki, PASHA Bank özünün Korporativ sosial cavabdehlik proqramı çərçivəsində həmçinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, British Council, Junior Achievement Azerbaijan və digər qurumlarla da əməkdaşlıq edir. Yerli ali təhsil müəssisələrinin istedadlı və ictimai-fəal tələbələrinin həvəsləndirilməsinə istiqamətlənmiş birgə layihələrin həyata keçirilməsi çərçivəsində PASHA Bank müsabiqələrin qaliblərinə aylıq təqaüd ödəyir, Böyük Britaniyaya oxumağa və təcrübə keçməyə göndərir, onların təcrübə keçmələrinə kömək edir və bununla da, özəl
