PAŞA Bank Black&White balının sponsoru oldu

14 Oktyabr 2012

Oktyabrın 12-də AmCham (Amerikanın Ticarət palatasının Azərbaycandakı nümayəndəsi) Bakıda Black&White adlı 8-ci illik bal keçirdi. Bu il bal JW Marriott Abşeron mehmanxanasında təşkil edilmişdi.
Bu tədbirin əsas məqsədi Palata üzvlərinə və qonaqlara öz həmkarları və işgüzar tərəfdaşları ilə vaxt keçirmək, o cümlədən qeyri-rəsmi şəraitdə məhsuldar netvorkinq təşkil etmək idi. Hazırkı Black&White balının, o cümlədən tədbir iştirakçıları və qonaqları arasında keçirilən xüsusi lotoreya oyununun baş sponsoru Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank oldu.
Qeyd etmək lazımdır ki, ilin ən mühüm tədbirlərindən olan Black&White balı işgüzar dairələrin böyük marağına səbəb olmuşdur. Belə ki, keçən il Black&White balında təxminən 300 qonaq iştirak edirdisə, bu il qonaqların sayı 400 nəfərə çatmışdır.

14 Oktyabr 2012