9 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qeydiyyata aldığı "Unibank" Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı istiqrazların emissiya prospekti çərçivəsində anderayter və marketmeyker funksiyalarını "UniCapital" ASC-nin dəstəyi ilə "PAŞA Bank" ASC həyata keçirmişdir.
Emissiya prospektinə əsasən istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında açıq təklif üsulu ilə həyata keçiriləcək. Emissiyanın ümumi həcmi 20 mln.manatdır.
Emissiya çərçivəsində hər birinin nominal qiyməti 50000 manat olan 400 qiymətli kağız buraxılmışdır. İstiqrazlar üzrə illik faiz dərəcəsi 11 faiz, dövriyyədə olan müddət isə (ödəniş müddəti) yerləşdirildiyi tarixdən 1080 gün təşkil edir.
Qeyd edək ki, Azərbaycanın bank sektorunda sistem əhəmiyyətli iştirakçılardan biri olan "PAŞA Bank" qiymətli kağızlar bazarında fəaliyyətə keçən ildən başlamış və bu vaxtadək "UniCapital" ASC-nin dəstəyi ilə "UniLizinq" QSC-nin istiqrazlarının atıq iki uğurlu emissiyasını həyata keçirməyə müvəffəq olmuşdur. Yaxın gələcəkdə Bank anderayter və marketmeyker kimi öz mövqeyini daha da gücləndirməyi planlaşdırır.
Hər birinin nominal qiyməti 50000 manat olan 400 qiymətli kağız buraxılmışdır.
PAŞA Bankın fond bazarında mövqeyin gücləndirilməsi
18 Dekabr 2011
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026