Azərbaycanda bədii gimnastika üzrə böyük yarışların keçirilməsi artıq yaxşı ənənəyə çevrilmişdir. Beləliklə, 15-17 may 2009-cu ildə şəhərimizdə Avropanın 25-ci çempionatı keçiriləcək.
"PAŞA Bank" bu tədbirin əməkdaşlarından biri kimi “Tamaşaçıların simpatiyası prizi"ni təsis etmişdir. Bu priz Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatının rəsmi internet səhifəsində rgecbaku2009.com səsvermə əsasında təqdim ediləcək.
İnternet səsvermənin qalibinə yerli zərgərlik şirkəti tərəfindən hazırlanmış Azərbaycan Gimnastika Federasiyasının loqotipi şəklində olan zinət əşyası təqdim ediləcək. O vaxta qədər isə, bütün iştirakçılara uğurlu yarışlar və qələbə sevincləri arzu edə bilərik!
Bədii Gimnastika üzrə 25 Avropa Çempionatının “Tamaşaçıların simpatiyası prizi"nin qalibini seç!
30 Aprel 2009

Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026