PAŞA Bank və Deloitte Private tərəfindən təşkil edilən "Best Managed Companies Azerbaijan 2026" mükafatlandırma mərasiminin qala gecəsi keçirilib.
20 may 2026-cı il tarixində Bakıda baş tutan mərasimdə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və PAŞA Holding-in makroiqtisadi tədqiqatlar departamentinin direktoru Elman Eminov natiq qismində çıxış ediblər.





