PAŞA Bank ətraf mühitin qorunması istiqamətində təşəbbüslərini davam etdirir. Bank 24 apreldə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına qoşulub.
Aksiya Müşfiqabad qəsəbəsində baş tutub. PAŞA Bank heyətinin də qatıldığı bu aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilib.




