Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank real sektor nümayəndələri üçün səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi mövzusunda ilk tədbirini keçirib. Tədbirin məqsədi sahibkarları kapital bazarlarının təqdim etdiyi imkanlarla tanış etmək, eyni zamanda PAŞA Bank-ın səhmləri və IPO mexanizmi barədə daha aydın və praktik məlumat təqdim etmək olub.
13 fevral 2026-cı il tarixində baş tutan tədbirdə iştirakçılara kapital bazarlarının imkanları, IPO mexanizmi, eləcə də PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsi prosesi və investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. 100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə bank sektoru, kapital bazarları və tənzimləyici dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb, real bazar təcrübələri və praktiki yanaşmalar paylaşılıb.




