Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2025-cu ilin ilk yarımillik maliyyə nəticələrini mətbuat konfransında açıqladı.
16 oktyabr tarixində keçirilən tədbirdə spiker qismində Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və komplayns üzrə baş direktor Anar Kərimov çıxış etdilər.



