Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 29 sentyabr 2025-ci il tarixində Almaniyanın Frankfurt şəhərində start götürən "SIBOS 2025" Beynəlxalq Bankçılıq Konfransında iştirak edir.
Bu il keçirilən konfrans “Qlobal maliyyə sektorunun növbəti sərhədləri” mövzusuna həsr olunub. Konfrans ödənişlər və qiymətli kağızların rəqəmsal transformasiyası, maliyyə imkanlarının genişləndirilməsi, maliyyə cinayətləri ilə bağlı hüquqi tədbirlərin gücləndirilməsini, kibertəhlükəsizliyi, tənzimləyici dəyişiklikləri, həmçinin süni intellekt, kvant texnologiyaları və paylanmış reyestr texnologiyası (DLT) kimi həllərin rolunu araşdırır.
Yüzlərlə ixtisaslaşmış spiker maliyyə ekosistemində baş verən çevik dəyişiklikləri və bu proseslərə uyğunlaşmaq üçün daha geniş şəbəkələşmə, inteqrasiya və dayanıqlılıq imkanlarını inkişaf etdirməyin yollarını müzakirə edir.



