Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” qadınların avtoidman sahəsində rolunu önə çıxaran “Women in Formula One” tədbirinin sponsoru qismində çıxış edir.
“Formula 1 Azərbaycan Qran-Prisi”ndən əvvəl 19 sentyabr 2025-ci il tarixində Bakıda keçirilən tədbir avtomobil idmanında qadın istedadını və liderliyini vurğulayan yeni bir platformadır. Bu platforma həm yerli, həm də beynəlxalq səviyyədə qadın liderliyinə diqqət çəkərək, iştirakçılara unikal təcrübə və geniş şəbəkələşmə imkanları təqdim edəcək. Tədbir qadınların avtoidman sahəsində artan rolunu nümayiş etdirməyi və gənc nəsli ruhlandırmağı hədəfləyir.






