Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə baş tutan tədbir tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsini hədəfləyib. Aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 3481 litr olan şüşə, 1040 litr olan plastik tullantı, 831 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib. Festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master klasslar təqdim olunub.



