“PAŞA Kapital İnvestisiya Şirkəti”nin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində “yaşıl” istiqrazlarının uğurlu yerləşdirilməsi həyata keçirilib.
"Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı ilə təqdim edilən bu istiqrazlar bərpa olunan enerji mənbələrinin inkişafına və yeni "yaşıl” enerji layihələrinin dəstəklənməsinə yönəlib. İstiqrazlara investorlar tərəfindən böyük maraq göstərilib – 413 investor ümumilikdə 220 milyon ABŞ dolları dəyərində 548 sifariş təqdim edib. Əqdin anderrayteri qismində “PAŞA Kapital” çıxış edib.



