Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, Deloitte Azərbaycan şirkəti ilə birgə kiçik və orta sahibkarlığın (KOS) iqtisadi artım və inkişafdakı roluna həsr olunan tədbir keçirib.
Aprel ayının 6-sı baş tutan onlayn görüşdə KOS-ların transformasiyası, onlara təqdim olunan yeni maliyyələşmə növləri, Azərbaycanın 2021-ci ilə dair “Biznes İnam İndeksi” hesabatı, müasir rəqəmsal trendlər və digər mühüm mövzular müzakirə edilib. Pandemiyadan ən çox zərərçəkmiş sahə olan KOS-ların bərpa prosesi və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar da səsləndirilib. Tədbir, PAŞA Bank və Deloitte Azərbaycan şirkətinin məruzəçilərinin çıxışından sonra panel müzakirələri ilə davam edib.




