PAŞA Bankdan növbəti ilk: SİMA Pay üz tanıma ödəniş həlli POS-terminallarda təqdim olundu
14 İyul 2026

PAŞA Bank yerli bazarda innovativ və dayanıqlı ödəniş həllərinin tətbiqini davam etdirir. Ölkədə ilk dəfə POS-terminal üzərindən üz tanıma ilə “SİMA Pay” ödəniş qəbulu “PAŞA Bank” POS-terminallarında pilot versiyada aktivləşdirildi. Artıq müştərilər fiziki kart və nağd vəsaitə ehtiyac olmadan, yalnız üz tanıma ilə rahat şəkildə biometrik ödəniş edə bilərlər.
Xidmət hazırda yalnız "PAŞA Bank" kart sahibləri üçün "City Mall"da yerləşən "Bravo" supermarketində aktivdir. Yaxın müddətdə xidmət digər ödəniş məntəqələrində də istifadəyə veriləcək.
PAŞA Bankın POS-terminallarında bu funksionallığın tətbiqi ölkənin rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verməklə yanaşı, Bank tərəfindən müştəri mərkəzliliyi prinsipinə əsaslanan yeni xidmət yanaşmasının da nümunəsidir. Bu həll istifadəçi təcrübəsinin sadələşdirilməsi, ödəniş prosesinin daha rahat və əlçatan olması istiqamətində atılmış növbəti addımdır.
PAŞA Bank innovasiya, dayanıqlı inkişaf və müştəri ehtiyaclarına uyğun həllərin yaradılması istiqamətində fəaliyyətini davam etdirərək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026