PAŞA Bank səhmlərinin 18 iyunda Bakı Fond Birjasında yerləşdirilməsinə start verildi

18 İyun 2026

PAŞA Bank səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılıb.

Emissiya çərçivəsində PAŞA Bank ASC-nin 932 min 926 ədəd sənədsiz adlı adi səhmi yerləşdirilir. Səhmlərin ilkin yerləşdirmə qiyməti 55 manat müəyyən edilib. Emissiyanın ümumi həcmi 51 milyon 310 min 930 manat təşkil edir.

Qeyd edək ki, səhmlər üzrə abunə yazılışı 13 aprel 2026-cı il tarixində başlayıb və 12 iyun 2026-cı il tarixində, həmin gün də daxil olmaqla, yekunlaşıb.

PAŞA Bank səhmləri üzrə əsas anderrayter PAŞA Kapital investisiya şirkətidir. ABB-İnvest və Unicapital investisiya şirkətləri də anderrayter qismində çıxış edir.

18 İyun 2026