PAŞA Bank “Gələcəyi birlikdə quraq!” sosial layihəsinə start verib
20 İyul 2026

PAŞA Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həssas sosial qruplardan olan gənclərin potensialının inkişafını dəstəkləyən “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) layihəsinin maliyyə tərəfdaşı qismində çıxış edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və "Care Group"un təşkilatçılığı ilə həyata keçirilən təşəbbüs uşaq evlərində yaşayan və təhsil alan 13–18 yaş arasında 40 gəncin əmək bazarına hazırlığını artırmağı, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək olmağı hədəfləyir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan PAŞA Bank üçün insan kapitalının inkişafına və gənclərin potensialının reallaşdırılmasına investisiya qoyuluşu inklüziv və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edən prioritet korporativ sosial məsuliyyət istiqamətlərindən biridir. Bank gələcəkdə də gənclərin bilik və bacarıqlarının inkişafına, onların əmək bazarına uğurlu inteqrasiyasına və uzunmüddətli peşəkar inkişafına töhfə verən təşəbbüsləri davam etdirəcək.

Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026


