“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
28 Noyabr 2025

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sahibkarlıq subyektlərinin maliyyə yükünü optimallaşdırmaq və onların inkişaf imkanlarını genişləndirmək məqsədilə yeni refinans biznes krediti məhsulunu təqdim edib.
Yeni kredit həlli sahibkarlara digər banklarda mövcud olan biznes kreditlərini daha sərfəli şərtlərlə tamamlamağa, eyni zamanda qalan vəsaiti bizneslərinin inkişafına yönəltməyə imkan yaradır.
Refinans biznes krediti çərçivəsində “PAŞA Bank” sahibkarlara:
- 250 000 AZN-dək kredit imkanı,
- illik 13%-dən başlayan faiz dərəcələri,
- və girovsuz şərtlər təklif edir.
Məhsul xüsusilə mövcud biznes kreditinin bitməsinə 3 ay və ya daha az müddət qalan sahibkarlar üçün nəzərdə tutulub. Bu yanaşma bizneslərin likvidliyinin qorunmasına, nağd axınının planlaşdırılmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.
Sahibkarlar kreditə onlayn müraciət etmək üçün ümumi səhifədəki linkə keçid edə bilərlər.
“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026