“Debug” rejiminin deaktivləşdirilməsi
16 Aprel 2025
“PAŞA Bank” mobil tətbiqinin istifadəsində çətinlik yarandığı halda cihazınızın “Debug rejimi” funksiyasını deaktiv etməyiniz tövsiyə olunur.
Bunun üçün:
1. Cihazın “Tənzimləmələr” (“Settings”) bölməsinə daxil olun
2. Səhifənin sonunda “Sistem” bölməsinə keçid edin
3. “Sistem” bölməsindən “Tərtibatçı seçimləri” (“Developer Options”) menyusuna keçid edin və bu funksiyanı deaktiv edin
“Tərtibatçı seçimləri” bölməsini tapmadığınızda “Tənzimləmələr” bölməsində axtarış funksiyasından istifadə edərək “Tərtibatçı seçimləri” yazmaqla qeyd olunan bölməyə asanlıqla keçid edə bilərsiniz.
*“Samsung” cihazları üçün videoda bütün addımlar ardıcıllıqla izah olunmuşdur.
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026