“PAŞA Bank”dan kiçik və orta biznes sahibləri üçün hədiyyəli kredit kampaniyası
18 Avqust 2023

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın “Biznes fəsli” adlı yay kampaniyası davam edir.
Belə ki, "PAŞA Bank" kiçik və orta bizneslərə əhatəli bank xidmətlərinin təqdim olunmasına yönəlmiş "Sahibkar 360" layihəsi çərçivəsində növbəti kampaniyanı müştərilərə təqdim edib.
Bu kampaniyaya əsasən sentyabr ayının 30-dək onlayn biznes kreditini əldə etmək üçün müraciət edən müştərilərə "Umico" və ya "Azpetrol"dan hədiyyə kartları təklif olunacaq.
Hədiyyə kartları müştəriyə verilən kreditin dəyərindən asılı olaraq 200 AZN məbləğinədək təyin ediləcək. Bu kartlardan “Umico” partnyor şəbəkəsində və ya “Azpetrol” yanacaqdoldurma məntəqələrində istifadə etmək mümkün olacaq.
Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil olun: https://pshb.az/biznesfesli-bizneskredit
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026