AR Mərkəzi Bankı tərəfindən limitlərlə bağlı dəyişikliklər
15 Avqust 2023
AR Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər həyata keçirilmişdir.
Dəyişikliklərə əsasən rezident fiziki şəxslər ölkə kənarında Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə təqvim ayı ərzində cəmi 10 000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitini nağdlaşdıra bilərlər. Rezident və qeyri-rezident fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə gündəllik köçürdükləri (hesab açmadan və ya hesab vasitəsilə) məbləğdən asılı olmayaraq aylıq limit 20 000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək müəyyən edilmişdir.
Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026