Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə əməkdaşlıq müqaviləsinə imza atmışdır. Yeni əməkdaşlığa əsasən artıq “PAŞA Bank Miles&Smiles” müştəriləri Müasir Təhsil Kompleksində təhsil haqqı ödənişlərindən əlavə 1 mil qazanacaqlar.
Belə ki, “PAŞA Bank” və “Türk Hava Yolları”nın eksklüziv olaraq təqdim etdiyi “PAŞA Bank Miles&Smiles” kartı ilə müştərilər ticarət və xidmət obyektlərində nağdsız ödənişlər edərək mil qazanmaq və toplanan milləri “Star Alliance”a üzv 26 aviaşirkətin (“THY”, “Lufthansa, “LOT” və s.) biletinə çevirmək imkanı əldə edir.



