Dünyada yayılan COVID-19 pandemiyası nəticəsində tətbiq olunan karantin tədbirləri çərçivəsində kafe və restoranlar tərəfindən müştəri qəbulu dayandırılmışdır. Eyni zamanda sifarişlərin evlərə çatdırılmasına hər hansı bir məhdudiyyət yoxdur.
Bu məqamları, habelə mövcud vəziyyətdə nağd ödənişlərin yoluxma riskini artırdığını və kartla edilən ödənişlərin daha məqsədəuyğun olduğunu nəzərə alaraq PAŞA Bank və Wolt PAŞA Bankın kart sahibləri üçün xüsusi kampaniyaya start verdi.
Kampaniya çərçivəsində müştərilər evdən çıxmadan və pul əskinaslarına toxunmadan PAŞA Bank MasterCard kartları ilə Wolt-a partnyor kafe və restoranlardan istənilən yeməkləri sifariş etməklə yanaşı Cashback qazanmaq şansını da əldə edir. Bunun üçün Wolt-dan 10 AZN-dən yuxarı məbləğdə sifariş yerləşdirmək kifayətdir. PAŞA Bankın MasterCard kartları ilə ödənilən bu sifarişlərdən 2 AZN Cashback müştərinin Wolt balansına qayıdacaq.
Evdən çıxmağın uyğun olmadığı zamanda, bu kampaniya öz və yaxınlarının sağlamlığını düşünən müştərilər üçün çox faydalı olacaq.
Qeyd edək ki, müştərilər bu imkandan kampaniya büdcəsi bitənədək yararlana bilər.
PAŞA Bankın Mastercard sahibləri üçün Wolt-dan Cashback kampaniyası
1 Aprel 2020

Sizə maraqlı ola bilər

30 Oktyabr 2026
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

28 Oktyabr 2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

23 Oktyabr 2026