Yenilənmə tarixi: 25 May 2026
Bazar risklərinin idarə edilməsi, Bankın Bazar Risklərinin İdarə edilməsi Siyasəti ilə müəyyən edilir. Bu siyasət risklərin idarə edilməsi sisteminin əsas elementlərindən biri olmaqla, bazar risklərinin idarə edilməsi işinin təşkili, o cümlədən səlahiyyət və vəzifələrin bölgüsü və risklərin idarə edilməsi prosesini əhatə edir.
Bankda bazar risklərinin idarə edilməsi qeyd olunan istiqamətlər üzrə həyata keçirilir:
Bazar risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
Valyuta risklərinin idarə edilməsi sistemi - Bank, xarici valyutadakı aktiv və öhdəliklərin strukturunu qiymətləndirmək və təhlil etmək, hecinq müqavilələri bağlamaq və valyuta riski ilə əlaqəli fərdi əməliyyatlara limitlər qoymaqla valyuta riskini idarə edir.
Valyuta riskinin idarə edilməsi zamanı aşağıdakı mövqelərə baxılır:
Bank, mövqeyini məhdudlaşdıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və daxili limitlərə uyğun olaraq valyuta vəziyyətinə nəzarət edir.
Faiz risklərinin idarə olunması sistemi - Bank üçün faiz dərəcəsi riskinin əsas mənbələri faiz dərəcələrindəki dəyişikliklərə həssas olan aktiv və öhdəliklərin ödəmə müddətləri arasındakı uyğunsuzluqdur. Faiz dərəcəsi riskləri həm aktiv, həm də borc hissəsində yarana bilər. Faiz dərəcələri risklərinin idarə edilməsinin əsas alətləri aşağıdakılardır:
- Faiz dərəcələrinin müəyyənləşdirilməsinə yanaşma
- GAP üzərində nəzarət (aktivlər və öhdəliklər arasındakı fərq).
Bank daxili və xarici faktorları nəzərə alaraq çevik faiz dərəcələri siyasəti həyata keçirə bilir. Xarici amillərə, əsasən müəyyən növ alətlər üçün bazar faiz dərəcələrinin dəyişməsi daxildir. Daxili amillərə isə Bankın aktivləri və öhdəliklərinin faiz dərəcələri, ödəmə müddəti və GAP-ın səviyyəsi daxildir.
Törəmə maliyyə alətləri ilə hecləşdirilmə
Xarici valyutada gəlirləri olmayan və ya hecləşdirilməmiş müştərilərin opsionlarla hecləşdirilməsi tələb edilir. Opsionlar müəyyən edilmiş məzənnə üzrə devalvasiya halında valyuta dəyişdirmək hüququ verir, lakin məcburiyyət halı yaratmır. Bu da riskdən qorunma və elastiklik təmin edir ki, bu da PAŞA Banka öz risklərini xüsusi ehtiyaclarına və məruz qaldıqları risklərə uyğun şəkildə idarə etməyə imkan verir.
Gələcəkdə öncədən razılaşdırılmış tarixdə bir valyutanı digərinə mübadilə etmək üçün iki tərəf arasında razılaşma əsasında gələcəkdəki valyuta axınlarına aydınlıq gətirməklə, əvvəlcədən müəyyən edilmiş tarifdə qiymət ucuzlaşmasından / bahalaşmasından qorunma məqsədilə FX Forvard alətlərindən istifadə edilir.
Bir valyutada mövcud olan müvəqqəti nağd pul çatışmazlığını digər valyuta hesabına ödəmək üçün, Qeyri-əsas valyutalarda saxlanılan aktivlərin və ya passivlərin qiymətindəki enib-qalxmaları azaltmaq üçün Svoplardan istifadə edilir. Spot və Forward məzənnələrinin eyni vaxtda təmin edilməsi hedcinqə kömək edir və gələcək pul axınlarına aydınlıq gətirir.