25/12/2023

standard.png (977 KB)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bankların və qeyri-maliyyə institutlarının kredit reytinqinə dair hazırladığı hesabatın nəticələrini açıqlayıb.

Belə ki, 20 dekabr 2023-cü il tarixində agentlik Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın reytinqini yenidən qiymətləndirərək, emitentin uzunmüddətli reytinqini "B+" səviyyəsindən "BB-" səviyyəsinə kimi yüksəldib, reytinqin proqnozunu isə "sabit" kimi qiymətləndirib.

Reytinqin yüksəldilməsi "PAŞA Bank"ın kredit profilinin güclənməsi, aktivlərinin keyfiyyətinin inkişafı, sabit maliyyələşmə bazası, artan gəlirlilik və kapital müşahidələrindən irəli gəlir.

Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir. 

"PAŞA Bank"ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə kredit reytinqinin yüksəldilməsi Bankın bu il ərzində əldə etdiyi mühüm nailiyyətlərdən biridir.

"Öz müştərilərinin biznes ehtiyaclarını hərtərəfli qarşılamaq məqsədi ilə "PAŞA Bank" 2023-cü ildə innovativ məhsulların bazara təqdim edilməsinə, korporativ və risk idarəetməsinə, İT infrastrukturunun genişləndirilməsinə və başqa sahələrə böyük həcmdə sərmayələr yatırmağa davam etmişdir. Hesab edirəm ki, “S&P Global Ratings” tərəfindən reytinqimizin "BB-" səviyyəsinə kimi yüksəldilməsi "PAŞA Bank"da tətbiq edilən biznes yanaşmasının uğurunun mühüm bir göstəricisidir. "PAŞA Bank" dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq, 2024-2026 illəri əhatə edən İnkişaf Strategiyasında da Azərbaycan iqtisadiyyatının şəxaləndirilməsinə və qeyri-neft seqmentinin inkişafına öz töhfəsini verməyə davam etməyi hədəfləyir", - deyə, B. Nağıyev bildirib.