31/01/2018

Yerli bazarda ilk dəfə olaraq PAŞA Bank parkinq ödənişlərinizi Mobil bank əlavəsi vasitəsi ilə həyata keçirmək imkanı təklif edir.

Hər zaman olduğu kimi siz avto dayanacağa daxil olduqda ödəniş çekini əldə edirsiniz, dayanacağı tərk etdikdə isə siz parkomat qarşısında vaxt itirmədən PAŞA Bankın mobil bank əlavəsində artıq mövcud olan parkinq ödənişi xidməti vasitəsi ilə ödəniş edirsiniz. Belə ki, ödəniş çekinizin üzərindəki bar kodu skan edirsiniz və mobil əlavədə qeydiyyata alınmış kart vasitəsilə ödənişinizi həyata keçirirsiniz. Hal hazırda bu xidmət “Qaraj Park” (Azərbaycan prospekti, Nizami Parkı) avto dayanacaq üzrə təmin edilir. Gələcəkdə xidmət ilə əhatə olunan avto dayanacaqların siyahısı artırılacaqdır.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya (994 12) 496 50 00 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlərin icrasını həyata keçirir. Bu səbəbdən müştərilərimizlə daimi əlaqədə olmaq və onların göstərdiyimiz xidmət haqqında fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.