Məvacib (əməkhaqqı) kartı şirkət tərəfindən əməkdaşlarına məvaciblərin, mükafatların və bu kimi ödəmələrin həyata keçirilməsi üçün istifadə olunan kartdır.
Məvacib kartları Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kartla nağd pul vəsaiti çıxarmaq imkanlarını təqdim edir.
Ölkədə mövcud təcrübədən fərqli olaraq PAŞA Bankın məvacib kartlarının istifadəçiləri Azərbaycanda həm PAŞA Bankın, həm də digər bankların istənilən bankomatından nağd pul vəsaiti çıxardıqda Tarif çədvəlindən asılı olaraq heç bir komissiya tutulmaya bilər.
Kartın üstünlükləri
• Məvaciblərin ödənişi üçün nağd pul vəsaitlərinin daşınması, saxlanması, mühafizəsi, sayılması və əməkdaşlara paylanması üzrə vaxt sərfi, iş yükü, əlavə xərclər, çətinliklər və risklər aradan qalxır;
• Məvaciblərin ödənişi ilə bağlı mühasibatlığın iş yükü və vaxt sərfi xeyli azalır, vəsaitlərin əməkhaqqı kart hesablarına köçürülməsi Bank tərəfindən avtomatik qaydada həyata keçirilir, hesabatlılıq və nəzarət prosesləri təkmilləşir;
• Şirkətin xəzinəsi qarşısında məvaciblərin ödənişi ilə bağlı növbələr yaranmır və bu məsələ ilə bağlı xəzinədə iş yükü tam aradan qalxır;
• Məvacib məbləğlərinin məxfiliyi daha etibarlı qaydada təmin edilir;
• Əməkdaşlar tərəfindən məvacibin alınması üçün vaxt sərfinə ehtiyac yaranmır, bütün əməkdaşlar məvaciblərini eyni vaxtda alır;
• Şirkətin ictimaiyyət və əməkdaşları arasında nüfuzu yüksəlir, əməkdaşların işlədiyi şirkətə hörməti və bağlılığı artır;
• Əməkdaşlar plastik kartlar üzrə təqdim edilən digər imkanlardan və əlavə xidmətlərdən istifadə edə bilir, əməkdaşların rahatlığı və məmnunluğu artır;
• Əməkdaşlar Bank tərəfindən məvacib kartı üzrə fərdi qaydada açılmış overdraft limiti çərçivəsində kartın qalıq məbləğindən artıq məbləğdə əməliyyatlar həyata keçirə bilir.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Kartın şərtləri
Kartın növü | Visa Debit və MasterCard Debit Visa Gold və MasterCard Gold |
Kartın müddəti | 3 il |
Kart hesabının valyutası | AZN |
Overdraft məbləği | Xalis məvacib məbləğinin 80%-i həcminə qədər |
Kart üzrə əlavə xidmətlər | Card-to-Card SMS Banking PİN Change 24/7 təcili bloklaşdırma |
Əməkdaşların fərdi qaydada müraciəti və şirkətin razılığı əsasında PAŞA Bank tərəfindən məvacib kartı üzrə overdraft xətti açıla bilər, beləliklə əməkdaşlar kart hesabında olan qalıq məbləğdən daha çox məbləğdə əməliyyatlar həyata keçirmək imkanı əldə edirlər.
Şirkətin əməkdaşlarının kartlardan tam rahat istifadəsi üçün PAŞA Bank tərəfindən müəssisənin ərazisində bankomatın quraşdırılması imkanları da nəzərdən keçirilə bilər.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.