MasterCard TacirkartTacir kart hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin kart hesabında olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün xərclərinin ödənişi üçün istifadə olunan kartdır.

Tacir kart Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kart ilə nağd pul vəsaiti çıxarmaq imkanını təqdim edir.

Kartın üstünlükləri

- Şirkət biznes fəaliyyəti ilə bağlı bütün xərclərini Bank tərəfindən ayrılan və güzəşt müddəti ərzində faizsiz olan kredit xətti hesabına ödəmək imkanı əldə edir;
- Tacir şəbəkəsinə daxil olan distribyutor üzrə müxtəlif limitlərin müəyyən edilməsi imkanını yaradır;
- ƏDV-nin avtomatik hesablanması və həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depozit hesabına göndərilməsini təmin edir;
- Ödənişlərin mühasibat uçotu və ödənişlərə nəzarət daha asan və effektiv formada həyata keçirilir, mühasibatlıq sahəsində iş yükü azalır;
- Ödənişlər üzrə nağd pul əməliyyatları azalır, hər ödəniş üçün nağd pulun istənilməsi və ödənişdən sonra nağd pul qalığının geri qaytarılması, nağd ödənişlər barədə hesabatın verilməsi və nəzarətlə bağlı çətinliklər və psixoloji narahatçılıqlar yaranmır;
- Rəhbər şəxslər və əməkdaşlar biznes fəaliyyəti ilə bağlı xərclərini öz şəxsi xərclərindən rahat və dəqiq ayırmaq imkanı əldə edir;
- Dünyanın 200-dək ölkəsinə ezamiyyə zamanı nağd pul vəsaitinin gömrük məntəqələrində bəyan edilməsinə ehtiyac qalmır, xaricdə nağd pul vəsaitinin təhlükəsiz saxlanması və digər valyutaya çevrilməsi çətinlikləri yaranmır;
- Ofisdən və ya günün istənilən vaxtı digər yerdən İnternet şəbəkəsində kartla rahat ödəniş imkanı yaranır, yola vaxt sərfi və əlavə kağız işləri aradan qalxır.

Tacir kart kartı həm kredit, həm də debit kartı kimi istifadə oluna bilər. Kart sahibi hesaba öz vəsaitini yerləşdirərək kart hesabında olan vəsait qalığı çərçivəsində əməliyyatlar həyata keçirə bilər, və ya karta ayrılmış kredit xəttindən faydalana bilər.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Kartın şərtləri

Kartın növü MasterCard Business
Kartıq qiyməti (xidmət haqqı) 40 AZN
Kartın müddəti 3 il
Kart hesabının valyutası AZN
Güzəşt müddəti 35 günədək (növbəti ayın 5-i tarixinədək)
Ödəniş tarixi Növbəti ayın 5-i tarixinədək
Kart üzrə əlavə xidmətlər Card-to-Card
SMS Banking
PİN Change
24/7 təcili bloklaşdırma
Kartın təcili bərpası

Tacir kart kartı həm kredit, həm də debit kartı kimi istifadə oluna bilər. Kart sahibi hesaba öz vəsaitini yerləşdirərək kart hesabında olan vəsait qalığı çərçivəsində əməliyyatlar həyata keçirə bilər, və ya karta ayrılmış kredit xəttindən faydalana bilər.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.