PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
21 Oktyabr 2026

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq.
Layihə üzrə sazişin imzalanma mərasimində PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və YEO Teknoloji şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Tolunay Yıldız iştirak ediblər.
Layihəni Türkiyənin enerji texnologiyaları sahəsində fəaliyyət göstərən YEO Teknoloji şirkəti, Azərbaycanda enerji sistemi üçün həyata keçirəcək. Bu çərçivədə 125 MVt gücündə və 250 MVt·saat tutumunda batareya əsaslı enerji saxlama sistemi qurulacaq. İşlər EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli əsasında, açar təslimi şərtləri ilə aparılacaq.

Azərbaycanda 2026-cı ilin ikinci rübündə ümumi tutumu 500 MVt·saat olan iki enerji saxlama sistemi istismara verilib. Yeni layihə ilə bu infrastruktura daha 250 MVt·saat tutumunda enerji saxlama sistemi əlavə olunacaq.
Yeni sistem elektrik şəbəkəsinin dayanıqlığını artırmağa və enerji istehsalı ilə istehlakı arasında balansı qorumağa kömək edəcək. Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin daha səmərəli istifadəsi də layihənin əsas məqsədlərindəndir. Bunun üçün batareya sistemləri ilə yanaşı, yüksək gərginlikli yarımstansiya tikiləcək və yeni sistem elektrik şəbəkəsinə inteqrasiya ediləcək. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.
Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Bank son illərdə enerji səmərəliliyi, dayanıqlı infrastruktur, aşağı karbonlu nəqliyyat və dekarbonizasiya sahələrində bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib.
YEO Teknoloji ilə əməkdaşlıq PAŞA Bankın enerji sektorunda maliyyələşdirdiyi layihələrin əhatəsini genişləndirəcək. Bank bərpa olunan enerji, enerji keçidi və strateji infrastruktur layihələrinin maliyyələşdirilməsini uzunmüddətli prioritetləri sırasında saxlayır.

Sizə maraqlı ola bilər

16 Oktyabr 2026
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

16 Oktyabr 2026
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

15 Oktyabr 2026