PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
5 Oktyabr 2026

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasının üzvü seçilib.
Şahin Məmmədov bankçılıq və maliyyə sahəsində geniş təcrübəyə malikdir. 2026-cı ildən etibarən PAŞA Maliyyə Holdinqində Baş İcraçı Direktorun müavini vəzifəsini icra edir. O, həmçinin PAŞA Bank, PASHA Bank Bank Georgia və PAŞA Holdinqdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Pərvin Əhədzadə 2023-cü ildən PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısıdır. O, bankçılıq və risk idarəetməsi sahəsində uzunmüddətli təcrübəyə malikdir. Müxtəlif illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında və PAŞA Holdinqdə rəhbər vəzifələrdə çalışıb.
PASHA Bank Georgia PAŞA Maliyyə Holdinqinin Gürcüstandakı fəaliyyətini həyata keçirən bankıdır.
Sizə maraqlı ola bilər

23 Oktyabr 2026
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

21 Oktyabr 2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

16 Oktyabr 2026