Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıda keçirilən Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransında eksklüziv platin sponsor qismində iştirak edib.
İki ölkənin yüksək rəsmi şəxslərini, biznes liderlərini və maliyyə ekspertlərini 7 oktyabr 2025-cil tarixdə bir araya gətirən tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən təşkil olunub. Konfransda enerji və yaşıl texnologiyalar, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və qida emalı, eləcə də rəqəmsallaşma kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.





