INMerge İnnovasiya Forumunun ən çox ziyarət olunan məkanlarından biri “PAŞA Bank”ın interaktiv stendi olub. Müştəri mərkəzli yanaşmanı ön plana çıxaran Bank, ziyarətçilərə innovativ təcrübə bəxş edən xüsusi formatı ilə fərqlənib.
Forum iştirakçıları üçün təqdim edilən “CX Hero Challenge” oyunu tədbirin əsas maraq mərkəzlərindən birinə çevrilib. Oyun qonaqlara müxtəlif biznes personajlarının gündəlik bankçılıq çətinliklərini hiss etmək və onlara ən optimal həll yollarını seçmək imkanı yaradıb. Beləliklə, iştirakçılar sadəcə tamaşaçı yox, Bankın müştəri yolunun bir parçasına çevriliblər.




