Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycanın milli mədəni irsinin qorunması və təbliği istiqamətində təşəbbüslərini davam etdirir.
Bu təşəbbüslər çərçivəsində, 9 iyul 2025-ci il tarixində Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazovun imzaladığı memorandum əsasında “PAŞA Bank” müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, bu il 140 illik yubileyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bərpası layihəsinə dəstək üçün ianə ayırıb.



