Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 21 oktyabr 2024-cü il tarixində başlayan "SIBOS 2024" Bankçılıq Konfransında iştirak edir.
24 oktyabra qədər davam edəcək bu tədbir, beynəlxalq maliyyə icması üçün xüsusi önəm daşıyır və hər il dünyanın aparıcı maliyyə təşkilatlarını, fintexləri və müstəqil ekspertləri bir araya gətirərək məhsuldar müzakirələr və əməkdaşlıq imkanlarını təqdim edir.
"SIBOS" Bankçılıq Konfransında "Maliyyənin gələcəyinin əlqələndirilməsi" mövzusu çərçivəsində dünya bank sektorundakı yeni trendlər, çağırışlar və onların həlli yolları müzakirə olunacaq. Həmçinin, müasir bankçılıq trendləri, risklərin idarə edilməsi və rəqəmsal transformasiya kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


