Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bazar risklərinin effektiv idarə edilməsi üçün qabaqcıl məhsul və strategiyaların müzakirəsinə həsr olunmuş “Xəzinədarlıq hedcinq məhsulları” adlı seminar keçirib.
17 sentyabrda “Four Seasons” mehmanxanasında baş tutan tədbirin əsas məqsədi, iştirakçılara nağd pul axınının idarə edilməsi, maliyyə sabitliyinin artırılması, bazar hərəkətlərindən faydalanaraq risklərin qarşısının alınması, portfel müxtəlifliyinin yüksəldilməsi, dəyişkən bazarlarda spekulyativ imkanlardan istifadə edilməsi, əmtəə gəlirləri vasitəsilə risklərin idarə olunması və investisiya gəlirlərinin qorunması üçün təqdim edilən alətlər və həllər haqqında ətraflı məlumat təqdim etməkdir.





