16 iyul tarixində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “PMD Projects” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Təchizat zəncirinin maliyyələşdirilməsi” adlı faktorinq forumu keçirib.
Bakıda keçirilən tədbirdə tikinti və təmir sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ölkənin maliyyə seqmentinin təmsilçiləri, “PAŞA Bank”, “PMD Projects” rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.
Forum iştirakçıları ödəniş və təchizat imkanlarının araşdırılması, alternativ hesab ödəniş modelləri ilə tanışlıq və faktorinq məhsulunun istifadəsi, həmçinin faydaları və bir sıra digər mövzuları müzakirə ediblər.



