Bir neçə il ard-arda keçirilən və 3 ay boyunca davam edən yay təcrübə proqramının əsas məqsədi “PAŞA Bank”a yeni əməkdaşların cəlbi və gənc kadrların inkişafına töhfə verməkdir.
Təcrübəçilər 3 ay boyunca aidiyyəti sahələr üzrə onlar üçün hazırlanmış plana əsasən təcrübə keçərək, korporativ iş mühiti ilə daha yaxından tanış olmuşlar. Əlavə olaraq, iştirakçılar “PAŞA Bank”ın peşəkar komandası tərəfindən keçirilən “Maliyyə Savadlılığı”, “Risk”, “Agile”, “Dizayn”, “Kreditlər” və s. haqqında informativ təlim sessiyalarına cəlb edilmişlər.






