Oktyabr ayının 11-də ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” “Rəqəmsal dövrün hüquq və komplayns çağırışları” mövzusunda beynəlxalq konfrans keçirib.
“Four Seasons” mehmanxanasında baş tutan konfrans iki müzakirə paneli və xüsusi təlim sessiyalarından ibarət olub. Tədbirdə spikerlər qismində dövlət rəsmiləri, o cümlədən Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin təmsilçiləri, Maliyyə Monitorinqi Xidmətinin və Dövlət Vergi Xidmətinin nümayəndələri, eləcə də aparıcı özəl şirkətlər, o cümlədən “Squire Patton Boggs”, “Ankura”, “Dentons”, “Deloitte & Touche”, “Actimize Turkey Partner 3-D Bilişim Teknolojileri A.S”, “Azercell Telecom”, “PAŞA Bank” kimi yerli və xarici təşkilatların təmsilçiləri çıxış ediblər.








