Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, ekoloji layihələrdə aktiv iştirakına və bu istiqamətdə verdiyi töhfəyə görə mükafata layiq görülüb.
Mükafatlandırma mərasimi “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan" tədbirində baş tutub. Tədbir zamanı Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə məlumat verilib və bu layihələrin icrasında fəallığı ilə seçilən tərəfdaşların fəaliyyəti vurğulanıb.


