Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr etdiyi “Növbəti 100 il” müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Mükafatlandırma mərasimi iyul ayının 20-də “PAŞA Bank”ın baş ofisində keçirilib. Beləliklə də, müsabiqənin ilk üç pilləsinin qalibləri olan Əsmər Göyüşovaya, Aynur İsayevaya və Orxan Qurbanova müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1000 AZN dəyərində mükafat təqdim olunub.




