Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank”ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub. Bu səfər çərçivəsində 26 may tarixində Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.
Daha sonra konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı ilə açıq elan olunub. O, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb.




